Azərbaycanın Xalq artisti Röya Ayxan Bakı Konqres mərkəzində 27-29 yanvar tarixlərində 3 dəfə keçiriləcək konsertindən əvvəl həyatını sığortalayıb. Bu haqda bu gün, 24 yanvar tarixində 1News məlumat verib.

Müğənnini buna vadar edən səbəb isə qarşıdan gələn şouda onun həyati təhlükəsi olan konsert nömrələrinə qatılacağıdır. Sığortanın məbləği və digər detallar açıqlanmır.

Röyanın sözlərinə görə, o, 2022-ci ildə yayımladığı, öz repertuarından olan eyniadlı mütləq hitin adını verdiyi “Dəli kimi” şousu ilə tamaşaçıları təəccübləndirmək niyyətindədir.