Paytaxtın Suraxanı rayonunda azyaşlı uşağı avtomobil vurub. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Avtomobil yolunu keçən 7 yaşlı Y.Nəcəflini nəqliyyat vasitəsi vurub. Nəticədə o, açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmaya başlanılıb.