Məhkəmə general-polkovnik Vaqif Axundovun bacısı oğlu haqda qərar verib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Vüsal Babayevə şərti cəza verilib. O, 2021-ci ildə 2 ay həbsdə qalıb, daha sonra bu günə qədər ev dustaqlığında olub.

V.Babayev rüşvət almada təqsirləndirilərək tutulub. O, 2 iyul 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.