Bu günlərdə Bakı qəsəbəsinin adı növbəti dəfə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə istifadəçilərinin fikirləri üst-üstə gəlməyib: “Xocəsən”, “Xocasən” və “Xocahəsən” düzgün yazılışdır və yeni tikilən metro stansiyası necə adlandırılmalıdır?

El arasında Xocəhəsən adlandıran qəsəbə Rayon İcra hakimiyyətinin və digər rəsmi qurumların sənədlərində Xocəsən adı ilə qeyd edilib. Yeni quraşdırılmış avtobus dayanacağının lövhəsində “Xocasən” yazısı təqdim olunub.

AMEA Dilçilik İnstitutunun toponimika şöbəsinin müdiri Elçin İsmayılovun sözlərinə görə, yaşayış məntəqəsinin adı Xocahəsən kimi yazılmalıdır.

Eyni zamanda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutun “Azərbaycan Toponimlərinin” ensiklopedik lüğətində Xocəsən qəsəbəsi orta əsrlərə (14-17-ci əsrlərdə) aid mənbələrdə Xocahəsən adı kimi çəkilib, yaşayış məntəqəsinin adı Xoca Həsən şəxs adı ilə bağlıdır. Qəsəbə ərazisində yerləşən gölün adı isə Xocasən kimi qeyd edilib.