Paytaxtın Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzinin yanındakı avtomobil yolu bağlanıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar adıçəkilən ərazidə hərəkətə tam məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

“28 Mall” yaxınlığında avtomobil yolu bağlanıb
Foto Avtomobil Yolları Dövlət Agentliyi