Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə yataqxanasının təmirə ehtiyacı var. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Təhsil müəssisəsinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, yataqxananı təmir etmək üçün hazırda pul yoxdur.

“Universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb. İndi onlar orada yaşamasalar da, hazırda bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur”, – deyə o əlavə edib.