Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində marketdən araba oğurlanıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Laçın rayon sakini, əvvəllər məhkum olunmuş İsrail Hüseynov adıçəkilən rayon ərazisində yerləşən marketlərin birindən ümumi dəyəri 1600 AZN olan 8 ədəd arabanı oğurlamaqda şübhəli bilinərək tutulub.
Onun barəsində araşdırmaya başlanılıb.