Bakıda qadın supermarketdən 24 kiloqram yağ oğurlayıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı şəhər sakini, 45 yaşlı N.Abbasova paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən supermarketlərin birindən 12-22 yanvar tarixləri arasında vitrindən ümumilikdə 24 kiloqram kərə yağı oğurlayıb. O, növbəti dəfə marketdən 2 kiloqram yağ oğurlayan zaman tutulub.
Faktla bağlı araşdırma aparılır.