Bakıda keçiriləcək “Formula 1” yarışlarına ən çox hansı ölkələr maraq göstərir? Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) istinadən xəbər verir.
Şirkətin Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyevin verdiyi məlumata əsasən, ən çox bilet alınan ölkələr arasında Niderland, Böyük Britaniya və Gürcüstan yer alır. Azarkeşlər tərəfindən ən böyük maraq 4 günlük tribuna biletlərinə göstərilib.
Həmçinin “Filarmoniya” tribunasına olan biletlərin hamısının satıldığı da bildirilir.
“Formula 1” üzrə Azərbaycan Qran-prisi 28-30 aprel tarixləri arasıda təşkil olunacaq.