Bakı həbsxanasında ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Paytaxtın Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində 38 yaşlı məhkum Pərviz Məmmədovun qəfil halı pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmaya başlanılıb.