Bakı universitetində dekan tələbənin övladına baxıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” Facebook səhifəsinə istinadən xəbər verir.
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova tələbəyə köməklik edib. Belə ki, tələbə imtahana gələrkən körpə övladını əmanət etməyə adam tapmayıb və uşaqla imtahana gəlib. Onun köməyinə dekan çatıb. O, uşağa baxmağa razı olub və tələbə rahat imtahana girə bilib.