Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz olmayacaq. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Yeni çəkilmiş qaz xətlərinin ümumi şəbəkəyə birləşdirilməsi ilə əlaqədar Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində və 5057/68-ci məhəllədə qazın verilişi dayandırılıb. Məhdudiyyət ümumilikdə 3000 abonenti əhatə edib.
Daha öncə Bayıl qəsəbəsində də qazın olmayacağı barədə məlumat verilmişdir.