Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində zavoddan oğurluq edilib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəbələ rayon sakini Anar Yusifov və Qazax rayon sakini Elturan Nəsibzadə adıçəkilən qəsəbə ərazisində yerləşən zavodların birindən dəmirüyüdən dəzgahın mühərrikini oğurlamaqda şübhəli bilinirərək saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.