Paytaxtın Nərimanov rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Qubadlı rayon sakini Fərid Hüseynov adıçəkilən rayonda yerləşən emalatxanada dayanan “BMW” markalı avtomobilin 1800 AZN dəyəri olan mühərrikini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Onun barəsində araşdırmalar davam edir.