Paytaxtın Nərimanov rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
30 yaşlı Orxan Abdullayev yolu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.