Paytaxtın Səbail rayonu, Neftçilər prospektində “BakuBus” qəzaya düşüb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az xəbər verir.

Hadisə Bakı İdman Sarayının yanında baş verib. “BakuBus”a məxsus sərnişin avtobusu hərəkətdə olan zaman “Toyota” markalı nəqliyyat vasitəsi ona arxadan çarpılıb. Xəsarət alan olmayıb, ərazidə sıxlıq yaranıb.

Faktla bağlı araşdırmalar davam edir.

Neftçilər prospektində “BakuBus” qəzaya düşüb
Foto Bakuplus.az