Paytaxtın Nizami rayonunun Nəsimi küçəsi, 32 ünvanının sakinləri məhəllələrinin abadlaşdırılmasını istəyirlər. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az “Baki Gundeliyi”nə istinadən xəbər verir.
Adlçəkilən ünvanda vaxtı ilə park olan ərazi indi baxımsız qalıb. Ərazidə nə oturacaqlar salamatdır, nə də başqa qurğular var. Ağaclara isə qulluq olunmur, onlar quruya-quruya gedirlər.
Bundan əlavə, məhəllənin yolu da dardır. Avtomobillər daim yol kənarında park edirlər. Bu səbəbdən avtomobillərin hərəkəti məhdudlaşır, onlar qarşı-qarşıya gəlir, tez-tez siqnal səslənir, sakinlər narahat olurlar. Həmçinin ərazidə səki də yoxdur deyə, piyadalar yol ilə gedirlər, özlərini təhlükəyə atırlar.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinə müraciət olunub, amma hələlik nəticə yoxdur.