Nizami rayonunda arvadını öldürən şəxsin məhkəməsi başlayıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İttiham olunan Vüsal Bayramov özünü qismən təqsirli hesab edib. O, həyat yoldaşı Ayşə Bayramovanı öldürmək niyyətində olmadığını bildirib.
Vüsal və Ayşə Nərimanovda geyim mağazasında tanış olublar. Daha sonra Vüsalın birinci ailəsi bundan xəbər tutub. O, öncə həyat yoldaşından boşanıb, sonra Ayşə ilə rəsmi nikaha daxil olub. Mərhumla onlar 6 il evli olublar və 1 uşaq dünyaya gətiriblər.
“Mən geyim mağazasında çalışırdım. İşimlə bağlı evi satası oldum, Ayşəni isə nənəsigilə apardım. Bundan sonra aramızda soyuq münasibətlər yaranmağa başladı. O, açıq-saçıq geyimlər geyinirdi, nənəsi deyirdi ki, Ayşə tez-tez gecəyarı evdən çıxıb səhərə yaxın qayıdır”, – deyə V.Bayramov ifadəsində bildirib.
Sonuncu dəfə onun telefonda başqası ilə danışıb yazışmasını görəndən sonra Vüsal həyat yoldaşının saçından tutub. Ayşə isə onu təhqir etməyə başlayıb.
“Onun sözlərindən hiddətləndim, sonra bıçaqla arvadımın ürək nahiyəsindən zərbələr endirdim. Onu bıçaqlayandan sonra sanki ayıldım”, – deyə Vüsal əlavə edib.
Hadisələr baş verən zaman onların övladı digər otaqda olub.