Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

66 yaşlı Ziyad Süleymanov yaşadığı evdə özünü asaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırmaya başlanılıb.