Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ali məktəblərin rəhsil sistemini tənqid edib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az təhsil müəssisəsinə istinadən xəbər verir.

Rektor Ədalət Muradov hesabatla çıxış edən zaman bildirib ki, Azərbaycandakı universitetlərdə tələbənin yalnız bilikləri qiymətləndirilir, hansı bacarıqlara sahib olduqları isə bir o qədər nəzərə alınmır.

“Biz artıq 2 ildir bunun üzərində çalışırıq. Növbəti mərhələdə ekspertlər və iş adamları ilə qeyri-akademik transkriptin verilməsini müzakirə edəcəyik. Gələcəkdə tələbələrimizə qeyri-akademik transkript də veriləcək. Həmin transkriptdəki QR-kodu oxutduran işəgötürən tələbəmizin hansı bacarıqlara malik olduğunu öyrənə biləcək”, – deyə rektor qeyd edib.

Həmçinin tələbənin ən azı 1 xarici dil bilməsinin zəruriliyi vurğulanıb. Bununla əlaqədar universitetdə IELTS mərkəzi də fəaliyyətə başlayıb.