Paytaxtın Yasamal rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 10 nəfər saxlanılıb, 5 kiloqrama yaxın heroin və metamfetamin dövriyyədən çıxarılıb.
Saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdəndir.
Hazırda narkoşəbəkənin digər üzvlərinin də saxlanılması üçün həyata keçirilən tədbirlər davam etdirilir.