Paytaxtın Zığ-Hövsan avtomobil yolu qaranlığa qərq olub. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Sürücülərin sözlərinə görə, işıqlandırma sistemi olmadığından son həftə ərzində 3 avtoqəza baş verib, 2 piyadanı avtomobil vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələ ilə bağlı bildirib ki, hazırda həmin ərazidə təmir-bərpa işləri gedir, işıqlandırma sistemi isə yaxın zamanda quraşdırılacaq.

“Hələ ki işıqlar şəbəkəyə qoşulmayıb. Əvvəllər həmin ərazidə işıqlandırma sistemi, ümumiyyətlə, olmayıb. Təzə layihə üzrə orada yeni işıqlandırma sistemi qurulur. Hazırda test, sınaq işləri həyata keçirilir”, – deyə qurumdan əlavə ediblər.