Şahbaz Xuduoğlu “Ali&Nino” kitab mağazasında bələdçilik edəcək. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az mağazaya istinadən xəbər verir.

Kitab oxumağa yeni başlayanlar və ya hər hansı bir mövzuda kitab haqda məsləhət almaq istəyənlər üçün “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bələdçilik edəcək.

“Kitablarla bağlı tövsiyələri dinləmək üçün yolunuzu gözləyirəm.

Necə deyərlər, kitabı naşirin özündən al”, – deyə o, oxuculara müraciət edib.

Aksiya 28 yanvar saat 16:00-18:00 arası “Ali&Nino”nun “28 Mall” filialında keçiriləcək.