Bakı Kitab Mərkəzində Azərbaycan əsilli alman yazıçısı Aleksandra Azima Reynhardtın yeni kitablarının təqdimatı baş tutub. Bu haqda bu gün, 26 yanvar tarixində Azərtac məlumat verib.

“Cəhənnəm mələkləri” və “Müqavilə ilə xəyal” kitabları ötən il işıq üzü görən “Qəhvə və süd” romanının davamıdır. Kitabların satışından toplanan vəsait xeyriyyəçilik məqsədlərinə yönəldiləcək.

Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, Azərbaycanın Yazıçılar İttifaqının birinci katibi Çingiz Abdullayev, Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə və digər ictimai fəallar və mədəniyyət nümayəndələri iştirak ediblər.

Rəsmi açılışdan sonda tədbir müzakirə formatında davam edib.

Aleksandra Azima Reynhardt Şimali Amerika Yazıçılar İttifaqı və Avrasiya Yaradıcılıq Gildiyasının üzvü, “Parlaq Gələcək” xeyriyyə fondunun təsisçisi və yaradıcısıdır.

Aleksandra Azima Reynhardt iki yeni kitabını təqdim edib
Foto azərtac.az saytı