Bakıda bir neçə gün əvvəl 60 qəpiyə satılan kartofun qiyməti 2 manata kimi qalxıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

“Yaşıl bazar”da yerli kartof növləri 2 manata satılır. Satıcılar bildirirlər ki, bir neçə gündür ki, qiymətlərdə artım müşahidə olunur.

“8-ci kilometr” bazarında isə yerli kartofun qiymətində 20 qəpiyə qədər bahalaşma var. Xaricdən gələn, eləcə də Rusiya, Belarus, Türkiyə və İrandan gətirilən məhsullar isə daha kəskin bahalaşıb.

Keçən illərdə kartofun bahalaşması yaz aylarındakı qıtlıq səbəbindən mart-aprel aylarında baş verirdi.