Bakıda qanunsuz ağac kəsimini rəsmiləşdirmək üçün rüşvət alan şəxslər tutulublar. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.

Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin əməkdaşı Anar Abbasəliyev və Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı Natiq Abbasov saxlanılıblar. Onlar obyektlərin qarşısındakı ağacların kəsilməsini rəsmiləşdirmək müqabilində sahibkarlardan pul alırdılar.

Faktla bağlı cinayət işinə başlanılıb. Şübhəli şəxslər vəzifələrindən kənarlaşdırılaraq ev dustaqlığına keçiriliblər. Araşdırmalar davam edir.