Şərq Bazarında kitab müzakirəsi aparılacaq. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az ticarət mərkəzinə istinadən xəbər verir.

Entoni Börcessin “Mexaniki portağal” kitabı haqda danışmaq istəyən şəxslər tədbirdə iştirak edə bilərlər.

Müzakirə 28 yanvar saat 15:00-da keçiriləcək. Tədbiri Fransa-Azərbaycan UFAZ universitetinin tələbəsi Nərmin Əliyeva aparacaq. Əlavə məlumat üçün 055 216 02 23 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.