Beynəlxalq Muğam Mərkəzində növbəti konsert keçiriləcək. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.

Belə ki, “Muğam axşamları” layihəsi çərçivəsində planlaşdırılan konsertdə “Bayatı Qacar” və “Şüştər” muğamları ifa olunacaq. İfaçılar Sevinc Sarıyeva, Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Məmməd Nəcəfov olacaqlar.

Tədbir 17 fevral saat 19:00-da baş tutacaq. Biletləri İticket.az saytından almaq mümkündür. Qiymətlər 10-30 AZN arası dəyişir.