Səbail rayonunda avtomobildən telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, rayon ərazisində “Ford” markalı bir avtomobildən mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş H.Şahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.