Bakının Nəsimi rayonu ərazisində iki nəfər Qobustan rayon sakini olan oğlana zor tətbiq edərək pulunu və mobil telefonunu talayıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakini Murad Səmədov və Ağcabədi rayon sakini Fərahim Rzayev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, bundan əvvəl Səmədov Sumqayıt şəhər sakini olan daha bir nəfərin 860 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.