Bakının Yasamal rayonunda, Çəmbərəkənd parkı ətrafındakı evlər söküləcək. Bu haqda bu gün, 26 yanvar tarixində Baku.ws məlumat verib.

Hazırda Gəray Əsədov və İsmayıl Bəy Qutqaşınlı küçələrinin sakinlərinə evləri müqabilində kompensasiya təklif edilib. Ərazidəki söküntü işlərini aparan işçilər bəzi sakinlərə hər kvadratmetr üçün 3000 manat kompensasiya təklif ediblər. Qalan vətəndaşlara isə kompensasiyanın məbləği 2000 manat təyin olunub.

Bildirilir ki, söküləcək evləri şəhərin mərkəzində yerləşdiyindən bir qrup sakin 2000 manat kompensasiya ilə razılaşmayıb.