Paytaxtın Binəqədi rayonunda yarım kiloqram heroin aşkarlanıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Ə.Nəsrullayev saxlanılıb. Onun üzərindən 503 qramdan artıq heroin və 20 qram metamfetamin tapılıb.
Tutulan şəxs barəsində araşdırmalar davam edir.