Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində oğurluq edən narkotacir tutulub. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini Fariz Mirzəyev adıçəkilən qəsəbə ərazisində yerləşən ofisdən kondisioner oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Araşdırma zamanı onun narkotik istehsalı və satışına görə axtarışda olduğu məlum olub.

Araşdırmalar davam edir.