Dövlət Gömrük Komitəsində əməliyyat keçirilib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin baş ofisində əməliyyat keçirib. Nəticədə 7 nəfər saxlanılıb, 5 nəfərin izahatı alınıb, 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.

Şübhəli şəxslər ölkəyə gətirilən avtomobillərin rəsmiləşdirilməsində nöqsanlara yol veriblər. Onlar 2019-cu il buraxılışı və daha təzə olan avtomobilləri zədəli göstərərək rəsmiləşdirmə haqqını azaldırdılar.