Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisinə başlanılıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
İlkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3 piyada keçidinin tikintisi nəzərdə tutulub. Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yolunun bir hissəsi olan sözügedən yolun köməkliyi ilə paytaxta daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası magistral yoluna daxil olmaq mümkün olacaq.
Bununla da Bakının “20 Yanvar” adlanan ərazisində avtomobillərin sayının 20-30% azaldılması planlaşdırılır.









