Milli Azərbaycan Tarix Muzeyinə 100 illik eksponat verilib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az muzeyə istinadən xəbər verir.

Belə ki, muzeyə XX əsrin əvvəllərinə aid olan “Qodu” gəlinciyi verilib. Eksponat tam olaraq əl işidir. Gəlincik mis boru üzərində formalaşdırılaraq üz cizgiləri saplarla tikilib. Üst geyimi olaraq, zoğalı və yaşıl rəngli zərxara parçadan arxalıq, həmçinin 5 qat müxtəlif parçalardan tuman geyindirilib.

Bundan əlavə, başında buta formalı iri gümüş alınlıq, boğazında sıxılmış firuzədən mavi muncuqları, eləcə də qara-pişikgözü və gümüş muncuqlu bəzəyi var. Əllərinə səsli qumrovlar, örtük üzərindən başın arxa hissəsinə də təbii daşlar tikilib.

Bu gəlinciklərdən vaxtilə zəngin ailələrin uşaqları oyuncaq kimi istifadə edirdilər.

Milli Azərbaycan Tarix Muzeyinə XX əsrə aid gəlincik verilib
Milli Azərbaycan Tarix Muzeyinə XX əsrə aid gəlincik verilib
Milli Azərbaycan Tarix Muzeyinə XX əsrə aid gəlincik verilib Milli Azərbaycan Tarix Muzeyinə XX əsrə aid gəlincik verilib