Bakının Nizami rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Report məlumat verib.

27 yaşlı Röyanə Hacıyeva yolu keçərkən onu avtomobil vurub. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.