Bakının Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində intihara cəhd baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bizim.Media məlumat verib.

31 yaşlı Hikmət Salamzadə tibbi spirti üzərinə tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə “Nərimanov Tibb Mərkəzi”nin Yanıq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.