Bakının Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində 25 yanvar axşam saatlarında zəncirvari qəza baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az məlumat verir.

“Qələbə” dairəsi yaxınlığında olan körpüdə 5 minik avtomobili toqquşub. Xəsarət alan olmayıb. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunublar.