Paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Abdulla Cahangirov idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən 54 yaşlı Ataman Xəlilovu vurub. Piyada xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı cinayət işi başlanıb.