Bakının 8 Noyabr prospektində yol nişanlanmasında və hərəkət qaydalarında dəyişikliklər edilib. Bu haqda bu gün, 26 yanvar tarixində Avtosfer.az məlumat verib.

Belə ki, “Azpetrol” YDM-dən çıxan sürücülər yaxınlıqda olan geriyədönmə zolağından istifadə edə bilməzlər. Həmçinin mərkəzdən NZS qəsəbəsi istiqaməti ilə hərəkət edən sürücülər həmin yerdə geriyə dönəndən sonra Ağ Şəhər tərəfə gedə bilməzlər.

Hər iki istiqamətdə 1.5 qırıq-qırıq xətlər bütöv 1.3 xətləri ilə əvəz olunub.

Təqdim olunan şəkildə yaşıl oxlarla icəzə verilmiş, qırmızı oxlarla isə qadağan olunmuş hərəkət istiqamətləri qeyd edilib.

Sürücülərin nəzərinə: 8 Noyabr prospektində qaydalar dəyişib
Foto Avtosfer.az saytı