Paytaxtın Xətai rayonunda narkotik alveri ilə məşğul olan 2 nəfər tutulub. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini Dəyanət Rəhimov və onun həmyerlisi, əvvəllər məhkum olunmuş Məksud Ağaverdiyev narkotik alveri üstündə saxlanılıblar. Onlarda ümumilikdə 2 kiloqram 500 qramdan artıq heroin aşkar edilib.

Faktla bağlı cinayət işinə başlanılıb.