Paytaxtın Xətai rayonunda qadın piyada avtoqəzaya düşüb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

41 yaşlı Səidə İsgəndərova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.