Paytaxtın Yasamal rayonu, Heydər Hüseynov küçəsində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Sözügedən ünvanda eyni istiqamətdə hərəkət edən “Mercedes”, “Hyundai” və “Toyota” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar davam edir.

Yasamal: Heydər Hüseynov küçəsində 3 avtomobil toqquşub
Foto apa.az saytı