Paytaxtın Yasamal rayonunun bir hissəsində qaz olmayacaq. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.

İnşaatçılar prospekti, 42 ünvanında yerləşən qaz xəttində baş vermiş sızmanın qarşısını almaq üçün rayonun İnşaatçılar prospekti, Z.Xəlilov, Ə.Cəmil, İzmir, Şahbazi küçələrində, eləcə də 6-cı Nərimanov döngəsi adlanan ərazidə qaz olmayacaq.

Qazın verilişi 26 yanvar saat 23:00-dan etibarən dayandırılacaq.