Bakının Nəsimi rayonunda 25 yanvar tarixində xəsarətlə nəticələnən qəza baş verib. Bu haqda bu gün, yanvarın 26-da Bakuplus.az məlumat verir.

Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində “Chrysler” markalı minik avtomobili “Toyota Camry”yə çarpılıb. “Toyota” toqquşma nəticəsində bordürün üstünə “atılıb”, “Chrysler”in sürücüsü isə idarəetməni itirib və avtomobil təxminən 100-150 metr qabağa getdikdən sonra işıq dirəyinə çarpılaraq dayanıb.

Hadisə nəticəsində 34 yaşlı Aynur Güləliyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Əraziyə yol polisi əməkdaşları cəlb olunublar, nəqliyyat vasitələri yoldan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.