Məktəbli ABŞ-nin Kopernik olimpiadasının qızıl medalına sahib olub. Bu haqda bu gün, 27 yanvar tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən Bakuplus.az məlumat verir.

11-ci sinif şagirdi Qəndab Məmmədova olimpiadada fizika və astronomiya fənləri üzrə iştirak edərək birinci yeri qazanıb. Məktəbli 2022-ci ildə olimpiadanın Azərbaycanda təşkil olunan mərhələsində qalib gələrək ABŞ-də keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdı.

Məmmədova 279 nömrəli tam orta məktəbdə təhsil alır. O, 2 dəfə respublika fənn olimpiadalarında gümüş medala, 2022-ci ildə “Şuşa ili”nə həsr olunmuş respublika olimpiadasında qızıl medala layiq görülüb.

ABŞ-nin Kopernik olimpiadasında paytaxt məktəbinin şagirdi uğur qazanıb

Qəndab Məmmədova
Qəndab Məmmədova
Qəndab Məmmədova Qəndab Məmmədova