Bakıda Azərbaycan əsilli alman yazıçısı Aleksandra Azima Reynhardtın imza saatı keçiriləcək. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az məlumat verir.
“Cəhənnəm mələkləri”, “Müqavilə ilə xəyal” və “Qəhvə və süd” kitablarının müəllifi Bakı Kitab Mərkəzində yanvarın 30-u saat 17:30-da oxucuları ilə görüşəcək.
Daha öncə Reynhardtın yeni kitablarının təqdimatı haqda məlumat verilmişdi.
Aleksandra Azima Reynhardt Şimali Amerika Yazıçılar İttifaqı və Avrasiya Yaradıcılıq Gildiyasının üzvü, “Parlaq Gələcək” xeyriyyə fondunun təsisçisi və yaradıcısıdır.