Bu il qaz təsərrüfatı ilə bağlı ən genişmiqyaslı təmir işləri Bakının Xəzər rayonu ərazisində aparılır. Bu haqda bu gün, 27 yanvar tarixində “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı İdarəsinin rəisi Rauf Əhmədova istinadən Report məlumat verib.

Onun sözlərinə görə, bu sahədə 4 istiqamətdə işlər artıq yekunlaşıb. Hazırda Xəzər rayonunda yeni xətlərin çəkilib istifadəyə verilməsi ilə bağlı əlavə işlər aparılır.

İdarənin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, “Azəriqaz” abonentlərə qazın satışı istisna olmaqla, heç bir xidmət üçün ödəniş tələb etmir:

“İstər sayğaclar, istərsə də digər xidmətlərin hər biri ödənişsiz olaraq həyata keçirilir. Artıq yeni tətbiq olunacaq sayğacların üzərində pulsuz olduqları yazılacaq. Söhbət əhali koteqoriyası üçün nəzərdə tutulan J4 və J6 tipli sayğaclardan gedir”.