Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Sabunçu rayonunun Maştağa qsəbəsində, Çiləgər adlanan ərazidə yaşayan sakinlər fırıldaqçıların qurbanları olduqlarını iddia edirlər. Belə ki, 20-30 manat pul müqabilində bir neçə sənəd imzalayan oğlanların 902 min manat vergi borcu yığılıb.

Zərərçəkmiş Elçin Musayevin sözlərinə görə, onun adına 5 şirkət yaradılıb və 228 min manat vergi borcu var.

Gənclər aldadıldıqlarını yalnız bir ildən sonra ünvanlarına müvafiq bildirişlər gəldikdə biliblər. Onların bu işə Cəlil Hüseynzadə adlı tanışı tərəfindən cəlb edildiyi və onun da dələduzların qurbanına çevrildiyi qeyd edilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, vətəndaşların müraciəti qeydə alınıb, hazırda araşdırma aparılır.